25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Belarus Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilib.

Agentliyin məlumatına görə, tədbirdə hər iki ölkədən rəsm şəxslərlə yanaşı, logistika, tikinti, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən 40-dək şirkət nümayəndəsi iştirak edib.

Forumda çıxış edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç iki ölkə arasında qurulan sıx münasibətləri vurğulayıb, Belarus ilə Azərbaycanın mövcud əməkdaşlıq potensialını yüksək qiymətləndirib.

AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan və Belarus arasında investisiya və ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlər və yeni imkanlar barədə danışıb. Bildirilib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın Belarusa qeyri-neft məhsullarının ixracı illik müqayisədə 77 faiz artaraq 52 milyon ABŞ dolları təşkil edib.

Belarus Ticarət və Sənaye Palatasının Minsk bölməsinin baş direktorunun xarici iqtisadi əlaqələr üzrə müavini İrina İvanova ölkəsinin ticarət və sənaye potensialı, eləcə də Azərbaycanla birgə fəaliyyətin genişləndirilməsi üçün potensial sahələr barədə məlumat verib.

Tədbirdə AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Belarusun “Velikiy kamen” sənaye parkının nümayəndələri investisiya mühiti, biznes üçün yaradılan əlverişli şərait və imtiyazlar barədə təqdimatlarla çıxış ediblər. Bundan əlavə, forumda Belarus şirkətlərinin fəaliyyətləri barədə videoçarxlar nümayiş olunub.

Forum çərçivəsində Azərbaycan və Belarus şirkətləri arasında əməkdaşlıq sazişləri imzalanıb.

Tədbir B2B görüşlərlə davam edib.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?