13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mediasiya xərclərinin büdcədən ödənilməsi qaydası təsdiqləndi

Nazirlər Kabineti "Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası"nı təsdiq edib. Sənəddə qeyd edilib ki, tərəf fiziki şəxs olduqda mediasiya xərcləri dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir, hüquqi şəxs olduqda isə həmin şəxslərin üzərinə qoyulur.

Qaydalara əsasən, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir. Mediator və ya mediasiya təşkilatı mediasiya xərclərini dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün aşağıdakı sənədləri Mediasiya Şurasına təqdim etməlidir:

  • mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin bu barədə ərizəsinin surəti;

  • mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənədin surəti;

  • "İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi" ilə bağlı arayışın və ya "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin surəti;

  • çəkilmiş xərclər barədə hesabat.

Həmin sənədlərə Mediasiya Şurasında 10 iş günü müddətində baxılır. Çatışmazlıqlar aşkar edildikdə bu barədə mediatora və ya mediasiya təşkilatına 5 iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar mediator və ya mediasiya təşkilatı tərəfindən bildirişin alındığı tarixdən 5 iş günü müddətində aradan qaldırılmalıdır. Mediasiya xərclərinin ödənilməsindən imtina etmək üçün əsaslar olmadıqda, mediasiya xərcləri Mediasiya Şurası tərəfindən müvafiq mediatora və ya mediasiya təşkilatına ödənilir.

Qeyd edək ki, fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənəd özünün müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən veriləcək. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq və digər xərclər Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdən artıq olmamalıdır.

Aşağıdakı hallarda mediasiya xərclərinin ödənilməsindən imtina edilə bilər:

  • tələb edilən sənədlər tam olmadıqda;

  • təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar yer aldıqda.

Qaydalara görə, Mediasiya Şurası hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, rüb ərzində faktiki mediasiya xərcləri ödənilən fiziki şəxslərin sayı (adı, soyadı və ünvanı göstərilməklə) və ödənilmiş vəsaitlərin məbləği barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?