Mediasiya xərclərinin büdcədən ödənilməsi qaydası təsdiqləndi

2019.08.19 12:44 (UTC+04:00)

Qaydalara əsasən, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir. Mediator və ya mediasiya təşkilatı mediasiya xərclərini dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün aşağıdakı sənədləri Mediasiya Şurasına təqdim etməlidir:

Həmin sənədlərə Mediasiya Şurasında 10 iş günü müddətində baxılır. Çatışmazlıqlar aşkar edildikdə bu barədə mediatora və ya mediasiya təşkilatına 5 iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar mediator və ya mediasiya təşkilatı tərəfindən bildirişin alındığı tarixdən 5 iş günü müddətində aradan qaldırılmalıdır. Mediasiya xərclərinin ödənilməsindən imtina etmək üçün əsaslar olmadıqda, mediasiya xərcləri Mediasiya Şurası tərəfindən müvafiq mediatora və ya mediasiya təşkilatına ödənilir.

Qeyd edək ki, fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənəd özünün müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən veriləcək. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq və digər xərclər Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdən artıq olmamalıdır.

Aşağıdakı hallarda mediasiya xərclərinin ödənilməsindən imtina edilə bilər:

Qaydalara görə, Mediasiya Şurası hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, rüb ərzində faktiki mediasiya xərcləri ödənilən fiziki şəxslərin sayı (adı, soyadı və ünvanı göstərilməklə) və ödənilmiş vəsaitlərin məbləği barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edir.