17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Transxəzər Yaşıl Enerji Dəhlizi” Orta Dəhlizin yaşıl körpü qismində inkişafı üçün geniş imkanlar açır

Azərbaycanın hazırda bərpa olunan enerji sahəsində atdığı irimiqyaslı addımlar 2030-cu ilədək enerji sistemində bu mənbələrin payını təxminən 40 faizə çatdırmaqla yanaşı, regional tərəfdaşlıqların qurulmasına və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəlib.

Energetika Nazirliyindən verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşəbbüsü ilə təşkil olunan “Mərkəzi Asiyada bərpa olunan enerjinin sürətləndirilməsi” mövzusuna həsr edilmiş tədbirin açılış mərasimində sıxış edərkən deyib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkana çevirən, ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirən siyasətində bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı mühüm yer tutur.

“Tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərini birləşdirəcək geostrateji əhəmiyyətli “Transxəzər Yaşıl Enerji Dəhlizi”nin yaradılması bu siyasətin əsas prioritetləri ilə tam uzlaşır və Avropanı Xəzər dənizi vasitəsilə Asiya və Çinlə birləşdirən Orta Dəhlizin yaşıl körpü qismində inkişafına geniş imkanlar açır,” - deyə nazir əlavə edib.

Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına qısa müddətdə başlanacağı qeyd edilib. Həmçinin “Xəzər-Qara dəniz-Avropa”, müxtəlif marşrutlar üzrə “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizləri layihələri barədə məlumat verilib. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin bu layihələrlə inteqrasiyası nəticəsində regionun böyük bərpa olunan enerji potensialının Türkiyə və Avropa bazarlarına yönəldilməsi, qitələrarası istehsal və istehlak mərkəzlərinin əlaqələndirilməsi, enerjinin dəyişkənliyinin idarə olunması kimi perspektivlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, fiber-optik komponentə malik olan bu interkonnektorlar “Transxəzər Yaşıl Enerji Dəhlizi” ilə birlikdə yalnız enerji və ekoloji təhlükəsizliyi deyil, həm də rəqəmsal və nəqliyyat bağlantılarını gücləndirərək ölkələrimizin Orta Dəhliz boyunca geostrateji əhəmiyyətini daha da artıracaq.

Pərviz Şahbazov, həmçinin, “Mərkəzi Asiyada Bərpa Olunan Enerji üzrə Sürətləndirilmiş Tərəfdaşlıq” (APRECA) Nazirlər Dəyirmi Masasında iştirak edib. Dəyirmi Masada bərpa olunan enerjinin sürətli inkişafı üçün şəbəkələrin modernləşdirilməsi, etibarlı enerji saxlama sistemlərinin qurulması, investisiya imkanlarının genişləndirilməsi, təchizat zəncirlərinin təmin edilməsi, eləcə də regionlararası interkonnektorların yaradılması məsələləri müzakirə edilib. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr və planları diqqətə çatdırılıb, APRECA vasitəsilə əməkdaşlıq imkanları dəyərləndirilib.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?