13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək

Bakı Ekspo Mərkəzində 14–16 oktyabr tarixlərində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək. Regionun inşaat sektorunda aparıcı sənaye platformalarından olan bu tədbir çərçivəsində 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku”, 13-cü Xəzər Beynəlxalq Mebel İstehsalı və Ağac Emalı Sərgisi – “MebelExpo”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi – “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road&Traffic” sərgisi baş tutacaq.

Bu il Xəzər İnşaat Həftəsi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri öz yubileyini qeyd edir ki, bu əlamətdar hadisə də sərgilərin tədbirlər proqramında öz əksini tapacaq. Region üçün əhəmiyyətli tədbirləri vahid ad altında birləşdirən Xəzər İnşaat Həftəsi Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin qabaqcıl şirkətlərini bir araya gətirir.

Tədbirin rəsmi təşkilatçısı “Caspian Event Organisers” (CEO) şirkətinin yaydığı məlumata əsasən, hazırda aktiv şəkildə hazırlıq işləri aparılır. Sərgilərə beynəlxalq marağın artması nəticəsində salonun böyük hissəsi artıq müxtəlif ölkələri təmsil edən iştirakçılar tərəfindən rezerv olunub. Belə ki, Almaniya, İtaliya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan bir çox yeni şirkətlərin iştirakı təsdiqlənib. Bu il də sərgilər Bakı Ekspo Mərkəzinin 3 pavilyonunu əhatə edəcək.

Qeyd edək ki, Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?