17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehlak kredit kartları üzrə borclanma daha məsuliyyətli olacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları (kredit xətləri) üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması üçün tənzimləyici çərçivəni gücləndirib.

AMB-nin məlumatına görə, qəbul olunan requlyativ dəyişikliklərin əsas diqqəti əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlılığının təmin edilməsinə yönəlib.

Mərkəzi Bank tərəfindən aparılan təhlillər çərçivəsində son dövrlərdə istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə edilib. Bu tendensiya əhalinin sərəncamında qalan gəlirlərində müsbət artım fonunda olsa da, borc yükünün sərəncamda qalan gəlirdə payının artımı ilə də müşayiət olunub.

Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və banklar tərəfindən risklərin daha erkən mərhələdə tanıyaraq minimallaşdırmağa imkan verəcək.

Qeyd olunur ki, nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir. Yeni tələbə əsasən, bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizdən artıq olmamalıdır.

Yeni requlyativ tələblər bankların məsuliyyətli kreditləşmə təcrübəsini təşviq etməklə yanaşı, istehlakçının ödəmə qabiliyyətinə uyğun borclanmanın təmin olunmasına xidmət edəcək. Bu yanaşma, Mərkəzi Bank tərəfindən tətbiq olunan istehlak kreditləri üzrə məsuliyyətli və sağlam borclanma siyasəti ilə uyğunluq təşkil edərək, əhalinin maliyyə yükünün izafi artmasının qarşısını almaqla sosial risklərin minimuma endirilməsini hədəfləyir.

Təsdiq olunan dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür: https://e-qanun.az/framework/60285

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?