26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pirallahı rayonunda sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Agentliyin məlumatına görə, tədbirdə sənaye, turizm, ictimai iaşə, pərakəndə ticarət sahələrində fəaliyyət göstərən 80-dən çox sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonda sahibkarlıq fəaliyyəti, əlverişli işgüzar mühitin yaradılması və mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Bildirilib ki, 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkı qeyri-neft sektorunun inkişafı, xüsusilə də sənaye və əczaçılıq sahəsində sahibkarlığın genişlənməsi üçün xüsusi imkanlar təqdim edir. Sənaye sahəsində istehsalın qurulması üçün sənaye parkının təklif etdiyi güzəştlər və infrastruktur önəmlidir. Sahibkarların müasir çağırışlara uyğun olaraq innovativ və rəqabətqabiliyyətli istehsala yatırım etməsi faydalıdır. Eyni zamanda rayonda fəaliyyət göstərən biznes subyektləri sənaye parkında fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq imkanlarını dəyərləndirməlidir.

Rayonda yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də bu sektorlarda fəaliyyətin genişləndirilməsi zamanı bazar araşdırmasının aparılması vacibdir. Sahibkarların şəbəkələşməsi və birgə təşəbbüslərə açıq olması kooperasiya və yeni əməkdaşlıqlar baxımından əhəmiyyətlidir. Biznes sahəsindəki yeniliklər, dövlət dəstəyi alətləri barədə məlumatlandırma, əlaqələndirmə və məsləhət xidməti üçün sahibkarlar KOBİA-nın KOB dostu ofislərinə müraciət edə bilərlər.

Tədbir çərçivəsində sahibkarların maliyyəyə çıxış, ictimai iaşə sahəsində reklam yerləşdirilməsi, müxtəlif dəniz məhsullarının yetişdirilməsinə dəstək və digər məsələlərlə bağlı fikir və təklifləri dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.

Həmçinin, KOBİA nümayəndələri Pirallahı Sənaye Parkında fəaliyyət göstərən "Diamed Co” MMC-nin şpris istehsalı müəssisəsində olub, istehsal prosesinə dair sahibkarla fikir mübadiləsi aparıblar.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?