18 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2025-ci ilin birinci yarısında sahibkarlarla 70-ə yaxın sahəvi və maarifləndirici görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 2025-ci ilin yanvar-iyun ayları ərzində sahibkarların və potensial biznes subyektlərinin iştirakı ilə Bakıda və regionlarda 68 sahəvi və maarifləndirici görüş keçirilib.

Agentliyin məlumatına görə, 1400-dən çox sahibkarın qatıldığı görüşlər maliyyə resurslarına çıxış, turizm, heyvandarlıq, çayçılıq, sənaye, reklam və digər sektorlar üzrə biznesin aktual ehtiyaclarına həsr olunub. Sahibkarların iştirak imkanlarını artırmaq məqsədilə bəzi görüşlər onlayn formatda baş tutub.

2025-ci ilin ikinci yarısında da sahəvi və maarifləndirici görüşlər davam etdiriləcək. Ay ərzində keçirilən görüşlər barədə sahibkarlar KOBİA-nın rəsmi internet saytından məlumat öyrənə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus).

Qeyd edək ki, müvafiq dövlət qurumlarının iştirakı ilə təşkil olunan belə görüşlər sahibkarlarla birbaşa ünsiyyətin genişlənməsinə, onların ehtiyac və təkliflərinin yerində öyrənilməsinə, mövcud dəstək mexanizmləri barədə məlumatlandırılmasına, eləcə də praktiki məsələlərin müzakirəsinə imkan yaradır. Bu görüşlər, eyni zamanda, sahibkarların bilik və bacarıqlarının artırılması, şəbəkələşməsi, dövlət-sahibkar əməkdaşlığının gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Görüşlərdə biznes subyektlərinin səsləndirdiyi təklif və fikirlər gələcəkdə yeni dəstək alətlərinin formalaşdırılması, qanunvericilik təşəbbüsləri baxımından da önəmlidir.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?