27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək nəticələr qeydə alınıb

Bu ilin yanvar-iyun aylarında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə artıqlaması ilə icra olunub.

Maliyyə Nazirliyinin məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 19 803,9 milyon manat təşkil edib ki, bu da altı aylıq proqnozu 704,8 milyon manat və ya 3,7 faiz üstələyib.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 703,7 milyon manat təşkil edərək proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 091,1 milyon manat təşkil edərək proqnozdan 4,1 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 21,9 milyon manat təşkil edərək proqnozdan 5,1 milyon manat və ya 30,3 faiz, Dövlət Neft Fondundan transfert isə 7 240,5 milyon manat təşkil edərək proqnoza qarşı 100,0 faiz və sair daxilolmalar 434,6 milyon manat təşkil edərək proqnozdan 314,1 milyon manat və ya 3,6 dəfə çox icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manat təşkil edərək proqnozdan 84,9 milyon manat və ya 21,4 faiz az icra olunub.

Yanvar-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri isə 17 275,9 milyon manat proqnoza qarşı 17 095,6 milyon manat və ya 99 faiz səviyyəsində yerinə yetirilib.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?