26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan İxracatçılar Klubuna daxil olan Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri, quruma üzv olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkəmizdə sənayenin inkişafı, o cümlədən daha dayanıqlı və çevik sənaye istehsalı modellərinin tətbiqi istiqamətində reallaşdırılan tədbirləri diqqətə çatdırıb. Bildirilib ki, rəqabətə davamlı və ixracyönümlü tekstil məhsullarının istehsalı, xüsusilə, bu sahədə yüksək əlavə dəyərli məhsul istehsalının genişləndirilməsi əsas hədəflərdəndir. Bu, həm yerli istehsal potensialının artırılması, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından önəmlidir.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizdə xarici tərəfdaşların iştirakı ilə yeni tekstil müəssisələrinin tikildiyini, eləcə də pambıq klasterlərinin inkişafı üzrə işlərin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, növbəti dövrlərdə tekstil sənayesini əhatə edən dəstək tədbirlərinin artırılması və vahid ölkə stendi ilə yeni sahəvi sərgilərdə iştirakın təmin olunması nəzərdən keçirilir.

Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Fəridə Axundova və Assosiasiyanın üzvləri qurumun fəaliyyəti, sahibkarların ixracla bağlı təklifləri və tekstil sənayesinin gələcək inkişaf perspektivləri barədə çıxış ediblər.

Tədbirdə tekstil sahəsinin inkişafı ilə bağlı sahibkarların sualları cavablandırılıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?