26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi inşa edilib

Aprelin 11-də İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən Azərbaycanda ilk dəfə inşa edilən “Mühəndis Soltan Kazımov” adına dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəmi üzən tərsanə vasitəsilə suya salınıb.

Agentlikdən verilən məlumata görə, bu gəminin layihələndirilməsi işləri Niderlandın “Damen Shipyards Gorinchem B.V.” şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib. Artıq gəminin inşası işləri yekunlaşıb. Bundan sonrakı mərhələdə isə Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə gəminin sınaq işləri görüləcək.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sifarişi ilə hazırlanan dibdərinləşdirən gəminin ümumi uzunluğu 61,20 metr, gövdənin uzunluğu 49,30 metr, ümumi eni 10,50 metr, suya oturumu 1,65 metr və qazma dərinliyi 18 metr təşkil edir.

Qeyd edək ki, dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəminin inşasının tam yekunlaşıb təhvil verilməsi cari ilin may ayına nəzərdə tutulub.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?