27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib

Dünya Palata Federasiyasının Afrika Sammitində (“WCF Africa 2025) iştirak etmək, eləcə də sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Nayrobi şəhərində səfərdə olub.

Dünyanın 70-ə yaxın ölkəsindən ticarət palatalarının təmsilçilərinin və iş adamlarının qatıldığı tədbirdə KOBİA nümayəndələri aidiyyəti qurum və təşkilatlarla fikir və təcrübə mübadiləsi aparıblar.

Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Keniyanın İxracın Təşviqi və Brendinq Agentliyinin (KEPROBA) baş direktoru Floys Mukabana, Keniya Milli Ticarət və Sənaye Palatasının (KNCCI) baş direktoru Ahmed Farah və vitse-prezidenti Mustafa Ramadhan, kooperativlər və mikro, kiçik və orta müəssisələrin inkişafı naziri Vycklif Oparanya, eləcə də Dubay Ticarət Palatasının vitse-prezidenti Hasan Əl Haşemi, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov ilə görüşlər keçirib. Görüşlərdə Keniya ilə ticarət əlaqələrinin inkişaf perspektivləri və bu sahədə KOB-ların iştirakı, sahibkarlar arasında əməkdaşlıq, biznesə dəstək və xidmət göstərən strukturlar arasında münasibətlərin qurulması, sahibkarlıq sahəsində təcrübə mübadiləsi, biznes imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

KOBİA nümayəndələri Azərbaycanda biznes fəaliyyətinə və investisiya qoyuluşuna maraq göstərən Keniya iş adamları ilə də görüşüblər. Görüşdə KOBİA tərəfindən ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlar, güzəştlər, biznes fəaliyyəti və sərmayə qoyuluşu üçün prioritet sektorlar, Agentliyin Azərbaycanda biznes fəaliyyətinə və sərmayə qoyuluşuna maraq göstərən xarici iş adamlarına göstərə biləcəyi dəstək barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin səfər zamanı KOBİA nümayəndələri Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfirliyində olublar.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?