11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə ilə daşınmaz əmlakın kadastrı və reyestri sahəsində əməkdaşlıq genişləndirilir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, görüşdə hər iki ölkədə daşınmaz əmlakın qeydiyyatı və kadastr sahələrində görülmüş işlər barədə məlumat verilib, həyata keçirilən qarşılıqlı səfərlərin, geniş təcrübə mübadiləsinin mühüm rolu qeyd edilib.

Tərəflər arasında daşınmaz əmlakın, xüsusilə torpaqların idarəedilməsi, daşınmaz əmlakın kadastrı və reyestri, o cümlədən geodeziya və xəritəçəkmə sahələrində təcrübə və informasiya mübadiləsinin aparılması, Azərbaycanda 3D kadastr sisteminin tətbiqi üzrə əməkdaşlığın genişləndirilməsi və s. məsələlər müzakirə edilib.

Aprelin 11-dək ölkəmizdə səfərdə olacaq Türkiyə nümayəndə heyəti ilə sahəvi mövzularla bağlı görüşlər keçirilir.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?