25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari ilin ilk rübündə 40 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 40 yeni dövlət standartı qəbul edilib.

Qurumun məlumatına əsasən, bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Dövlət standartlarının sahələr üzrə bölgüsü:

Qida texnologiyası və kənd təsərrüfatı üzrə 13 dövlət standartı;

Tikinti materialları üzrə 3 dövlət standartı;

İnformasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 10 dövlət standartı;

Neft-qaz və əlaqəli texnologiyalar üzrə 5 dövlət standartı;

Ətraf mühit üzrə 3 dövlət standartı;

Nəqliyyat sahəsi üzrə 6 dövlət standartı.

Cari ilin ilk üç ayında 27 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 23 dövlət standartı isə ləğv edilib. Sahibkarların sifarişi əsasında 38 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?