27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AIM Congress” çərçivəsində Azərbaycanda KOB-lar üçün yaradılan imkanlar barədə məlumat verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən İllik İnvestisiya Toplantısında (“AIM Congress”) iştirak ediblər.

Agentliyin məlumatına görə, “AIM Congress” çərçivəsində təşkil olunan “KOB-ların inkişaf strategiyası: Uğur üçün KOB-ların fəaliyyətinin genişləndirilməsi” mövzusunda panel müzakirədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda KOB-lar üçün yaradılan imkanlar və dəstək alətləri barədə məlumat verib. Həmçinin, KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair fikirlərini bölüşən KOBİA sədri bu sahədə Agentlik tərəfindən COP29 çərçivəsində irəli sürülmüş “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”, eləcə də özəl sektorda ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üçün aparılan aktiv iş barədə danışıb.

KOBİA nümayəndələri “AIM Congress”in Beynəlxalq Startap Yarışmasında ölkəmizi təmsil edən “CLIMASEL” startap komandasının stendində də olub, gənclərlə layihəyə xarici investorların marağına dair fikir mübadiləsi aparıblar. Qeyd edək ki, KOBİA tərəfindən “AIM Congress”ə göndərilmək üçün yerli startaplar arasında Milli Tur keçirilib və müsabiqədə binalar üçün ağıllı panel istehsalı layihəsi olan “CLIMASEL” qalib gəlib. Startap layihənin müəllifləri Bakı Ali Neft Məktəbinin tələbələridir.

Səfər çərçivəsində KOBİA nümayəndələri Tacikistanın İnvestisiya Agentliyinin direktoru Dilşod Jurazoda, Qvineya Ticarət Palatasının vitse-prezidenti İbrahima Diane, Keniya İnvestisiya Təşkilatının baş direktoru Con Mvendva və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Mansurjon Rasulev ilə görüşüblər. Görüşlərdə birgə əməkdaşlıq imkanlarına, sahibkarlıq sahəsində təcrübə mübadiləsinə, KOB-lar arasında ticarət və investisiya əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?