17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilən 10-cu Dünya Halal Sammitində iştirak edib

İstanbulda 10-cu Dünya Halal Sammiti və sammit çərçivəsində “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət və “Halal Expo” sərgiləri keçirilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə Azərbaycanı təmsil edib. Sammitdə ölkəmizin İslam Konfransı Təşkilatının missiya və prinsiplərinə göstərdiyi hörmət, eyni zamanda zəngin tarixi və mədəni dəyərləri ilə Azərbaycanın İslam həmrəyliyi irsinə verdiyi töhfələr diqqətə çatdırılıb. Təşkilata üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin və biznesin inkişafı üçün prioritet istiqamətlər qeyd olunub.

Bundan başqa, halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyi qeyd edilib, bu sektorun gələcək inkişafında etik standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməli olduğu vurğulanıb. Yaşıl texnologiyaların tətbiqinin ətraf mühitə təsirini əhəmiyyətli dərəcədə azalda biləcək təşəbbüslərin və alətlərin dəstəklənmısinin vacibliyi qeyd olunub.

Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sammit çərçivəsində keçirilən “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət, “Halal Expo” sərgiləri və Azərbaycan stendləri ilə tanış olublar.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?