17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın aqrar startapı Özbəkistan bazarına çıxır

Azərbaycanın “YONCA” adlı aqrar startapı Özbəkistan bazarına çıxmağa hazırlaşır. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına YONCA (https://yonca.az) mobil tətbiqinin layihə rəhbəri Elmin İskəndər deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə araşdırmalar aparılır və əlaqələr qurulur. “Özbəkistan bazarı daha böyük istifadəçi kütləsinə malikdir. Söhbət təqribən 5 milyon fermerdən gedir. Düşünürük ki, artıq növbəti ildən bizim platforma Özbəkistan fermerlərinə əlçatan olacaq”, - E.İskəndər deyib.

Qeyd edək ki, bir çox funksiyanı özündə birləşdirən “YONCA” mobil tətbiqi sırf fermer təsərrüfatlarına aid bir platformadır. Fermerlər bu mobil tətbiq vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinə müxtəlif müraciətlər ünvanlaya, peyk üzərindən əkin sahələrinin müşahidəsini apara, gübrə satışı məntəqələrinin yerləşdiyi yerləri görə və fermer fəaliyyətinə aid olan digər xidmətlərdən yararlana bilərlər.

“Məqsədimiz fermerlərə vaxta maksimum qənaət etmək imkanı yaratmaq, onların daha optimal yollar tapmasına və aqrar sahədə məhsuldarlığın artmasına dəstək olmaqdır. Hazırda Azərbaycanda “YONCA” mobil tətbiqinin 2 mindən çox istifadəçisi mövcuddur. Mobil əlavənin funksionallığı daha çox əkinçiliyə fokuslansa da, heyvandarlıqla bağlı xidmətlər də mövcuddur. Misal üçün, burada baytarlar qeydiyyatdan keçərək xidmət göstərə bilərlər. Hazırda mobil əlavə “Android” əməliyyat sistemləri ilə işləyən cihazlar üçün əlçatandır, 2025-ci ilin əvvəlində isə iOS cihazları üçün də mövcud olacaq”- E.İskəndər bildirib.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?