26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron ödənişlərin stimullaşdırılması ilə bağlı birgə layihələr reallaşa bilər

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə "Visa Inc." beynəlxalq kart təşkilatının Qafqaz, Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərq Avropa regionu üzrə baş meneceri Kristina Doroşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

MBNP-nin məlumatına görə, görüş zamanı Palata tərəfindən "Visa Inc." beynəlxalq kart təşkilatının brendini daşıyan ödəniş kartları ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində ödəniş əməliyyatlarının aparılmasının dayandırılması ilə ölkənin suverenliyinin və ərazi bütövlüyünün gözlənilməsi, beynəlxalq hüquqi normaların tələblərinə əməl edilməsi diqqətə çatdırılıb.

Görüşdə "Visa Inc." beynəlxalq kart təşkilatı tərəfindən təqdim edilən yeni məhsul və xidmətlər, ödəniş kartları bazarında innovativ texnologiyaların tətbiqi, ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində birgə həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparılıb. Palata ilə "Visa Inc." beynəlxalq kart təşkilatı arasında əməkdaşlıq münasibətlərinin gələcək inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə tərəfləri maraqlandıran məqamlara, o cümlədən ödəniş kartları sahəsində qanunvericilik bazasında aparılacaq dəyişikliklərə, ödəniş kartı sahiblərinin əldə edəcəyi üstünlüklərə, elektron ödənişlərin stimullaşdırılması üzrə birgə layihələrin keçirilməsinə toxunulub.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?