26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkəti lavanda yağı ixracını artırır

Azərbaycanda lavanda yağının istehsalı və satışı ilə məşğul olan "The Best Choice" MMC bu il Türkiyəyə lavanda yağının ixracını 50 faiz artıracaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına sözügedən MMC-nin təsisçisi və direktoru Elbrus Əhmədov deyib.

Onun sözlərinə görə, bu il 1 ton lavanda yağı istehsal edilib ki, bunun 600 kq-nın Türkiyəyə ixracı nəzərdə tutulur. Ötən il ixrac həcmi 400 kq olub.

İxracı bu il noyabr ayında həyata keçirmək istədiklərini deyən E.Əhmədov qeyd edib ki, hazırda yeni ixrac istiqamətlərinin də açılması üçün iş aparılır.

Şirkət 2023-cü illə müqayisədə bu il lavanda yağını təxminən 200 kq az istehsal edib. Azalmanın əsas səbəbi əkin sahələri və məhsulun həcminin azalması yox, yerli bazarın tələbatına uyğun olaraq, lavandaların bir hissəsinin buket kimi qurudulmasıdır.

Şirkət lavanda yağı ilə yanaşı, müxtəlif kosmetik məhsullar – lavanda tərkibli əl kremləri, duş geli, üz üçün təbii toniklər, təbii lavanda suyu, lavanda ətirli oyuncaqlar, lavanda şamı istehsal edir.

İlhamə İSABALAYEVA

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?