9 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Muxtar Babayev: “Dünya davamlı iqlim maliyyələşdirilməsinə ehtiyac duyur”

Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb.

Bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) açılış mərasimində deyib.

O qeyd edib ki, bu tədbir qarşıdan gələn COP29-un diqqət mərkəzində olacaq əsas məsələləri üzrə irəliləyiş əldə etməyə kömək edəcək.

“Ən vacib mövzular arasında iqlim maliyyələşdirilməsi, şəffaflıq üzrə 2 illik hesabatların (BTR, ilin sonuna qədər) təqdim edilməsi, 2025-ci ilin fevralına qədər milli iqlim planlarının (NDC) hazırlanması və təqdim edilməsi var.

İqlim maliyyələşdirilməsi ilə bağlı COP29-un rəhbər komandasının oktyabr ayında Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) birgə iclasına qoşulması nəzərdə tutulur, çünki bu beynəlxalq maliyyə institutları "yaşıl" layihələrin idarə olunması və maliyyələşdirilməsində liderlik edir və iqlim maliyyələşdirilməsinin təşkili prosesinə kömək edə bilərlər", - M.Babayev vurğulayıb.
O, həmçinin xatırladıb ki, sentyabr ayında Bakıda Zərərlər və İtkilər üzrə Fondun idarə heyətinin 3-cü iclası (DB-nin himayəsi altında) keçirilib və bu fondun 2025-ci ildən tam fəaliyyət göstərəcəyi qərara alınıb.

"İqlim dəyişikliyi ilə mübarizədə dünya davamlı iqlim maliyyələşdirilməsinə ehtiyac duyur. Bu baxımdan, özəl sektorun iştirakı vacibdir və bu mövzu Bakı İqlim Fəaliyyəti Həftəsinin diqqəti mərkəzində olacaq", - M.Babayev bildirib.

COP29 prezidentinin oktyabr ayı üçün vacib tədbirlər arasında qeyd etdiyi tədbirlərdən biri də 21 oktyabr - 1 noyabr tarixlərində Kali şəhərində (Kolumbiya) keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 16-cı Tərəflər Konfransıdır.

"Həyatın bütün sahələrində iqlim dəyişikliyinə uyğunlaşma və maliyyə, intellektual, texnoloji resursların səfərbər olunması lazımdır", - M.Babayev qeyd edib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək COP29 zamanı əhəmiyyətli mövzulardan biri istixana qazı tullantılarının azaldılması səmərəliliyinin artırılması çərçivəsində karbon kreditləri bazarının inkişafı olacaq.

"COP29-a cəmi 42 gün qalıb. Onun məhsuldar keçməsi üçün bütün gücümüzü səfərbər etməliyik", - M.Babayev əlavə edib. (“Trend”)

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?