14 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən 8 ayda qeyri-neft-qaz sektorunda 7 faiz iqtisadi artım müşahidə edilib

Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi mənzərəsində böyük müsbət dəyişikliklər baş verib, əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, neft-qaz sektorunda hasilatın azalması şəraitində iqtisadi artımın, o cümlədən qeyri-neft-qaz sektorunda iqtisadi artımın müsbət dinamikası qorunub, pandemiyadan sonrakı illərdə də iqtisadi artım davam edib. Bu prosesdə büdcə xərclərinin genişlənməsi və sahibkarlığa dəstək, investisiyaların və ixracın təşviqi, sənayenin inkişafı və s. istiqamətlərdə aparılan struktur islahatları mühüm amillər olub: “Belə ki, 2011-2023-cü illərdə ölkədə orta illik iqtisadi artım tempi 1,5 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4 faiz olub”.

O da bildirilib ki, cari ilin ötən 8 ayında qeyri-neft-qaz sektorunda 7 faiz iqtisadi artım müşahidə edilib.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?