15 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il ölkəmizdə 20 min tona yaxın düyü istehsalı gözlənilir

Bu il Azərbaycanda 20 min tona yaxın düyü istehsalı gözlənilir. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə bu il çəltik istehsalında 4-5 min ton artım proqnozlaşdırılır. Çəltik əkini sahələri təxminən 1000 hektar artaraq 4700 hektara yaxınlaşıb. Sahələrdə qədim yerli sortlarla yanaşı, ətirli, brend sort düyülər də əkilib.

Çəltik əkini sahələri, əsasən, Lənkəran, Salyan, Biləsuvar, Ucar, Ağdaş və Zərdab rayonlarında genişlənib. Hazırda əkin sahələrindəki məhsulların təqribən 35 faizi yığılıb, məhsul yığımı davam edir: “Əkin sahələrində də məhsuldarlıq artıb. Ən zəif sahələrdə hər hektar üzrə məhsuldarlıq 32 sentnerdən başlayır. Amma proqnozumuza görə, hər hektardan 38-40 sentner məhsul götürüləcək”.

İlhamə İSABALAYEVA

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?