11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan “Böyük iyirmilik” ölkələrinin kənd təsərrüfatı nazirlərinin toplantısında təmsil olunub

Braziliyanın Kuyaba şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Toplantısı keçirilib.

23 ölkədən kənd təsərrüfatı nazirinin iştirak etdiyi mötəbər beynəlxalq tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nazirliyin məlumatına görə, toplantıda müxtəlif ölkələrin dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər və ekspertlər də iştirak edib.

Braziliyanın ilk dəfə ev sahibliyi etdiyi tədbirin əsas məqsədi dayanıqlı kənd təsərrüfatının qurulması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aclıqla mübarizə tədbirlərini müzakirə etmək olub.

Braziliyanın kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro bildirib ki, qlobal iqlim dəyişikliyi fonunda kənd təsərrüfatının inklüziv və dayanıqlı inkişafının təmin olunması əsas hədəflərdən birinə çevrilib. O qeyd edib ki, aqrar sahədə istehsalın artırılması və aclıqla effektiv mübarizə tədbirləri qlobal səviyyədə mütəmadi əməkdaşlığı zəruri edir.

Tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bütün dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığı aqro-ərzaq sistemlərinə böyük təhdidlər yaradır. Nazir müasir çağırışlar fonunda dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb. Avrasiya regionunda mühüm tranzit və logistika mərkəzi olan Azərbaycanda həyata keçirilən layihələrin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm ticarət körpüsü rolunu oynadığını deyən nazir Məcnun Məmmədov əlavə edib ki, bu dəhlizlər ticarət əlaqələrimizin inkişafına böyük fayda verə bilər.

İki gün davam edən tədbirin sonunda G20 ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Bəyannaməsi qəbul olunub. Bəyannamədə dayanıqlı aqro-ərzaq sistemlərinin qurulması, aqrar sahədə ailə-kəndli təsərrüfatlarının rolunun gücləndirilməsi və fəaliyyətinin genişləndirilməsinə dəstək, balıqçılıq və akvakulturanın yerli və qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviq edilməsi, aclıq və yoxsulluğa qarşı mübarizə tədbirləri ilə bağlı çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin zəruriliyi öz əksini tapıb.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?