11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Masallı rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “KOB FEST” sərgi-satış yarmarkası keçirilir.

Agentliyin məlumatına görə, yarmarkada Masallı, eləcə də ətraf şəhər və rayonlardan 50-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qida və qeyri-qida məhsullarının, sənətkarların və yaradıcı şəxslərin əl işlərinin satışı həyata keçirilir. “KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram, yaradıcı şəxslərin və sənətkarların master-klassları da təşkil olunub.

Sərgi-satış yarmarkası sentyabrın 15-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Yarmarkanın açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması və genişləndirilməsi baxımından faydalı olacağını bildiriblər.

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə təşkil olunur. Yarmarka həmçinin, KOB subyektlərinin yeni əməkdaşlıqlar qurması, B2B görüşlərin keçirilməsi, sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verir. Masallı rayonundan əvvəl “KOB FEST” Bakı, Göygöl, Şəki və Gəncə şəhərlərində keçirilib və bu yarmarkalarda ümumilikdə 190-a yaxın KOB subyektinin məhsul və xidmətləri sərgilənib, satışı həyata keçirilib.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?