11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Heysəm əl-Qays: “OPEC Azərbaycanın COP29-da əməkdaşlıq ruhunu tam dəstəkləyir”

OPEC Azərbaycanın COP29-da əməkdaşlıq ruhunu tam dəstəkləyir.

Bunu OPEC-in baş katibi Heysəm əl-Qays deyib.

"Azərbaycan 2017-ci ilin əvvəlində imzalanandan bəri OPEC və qeyri-OPEC istehsalçıları arasında Əməkdaşlıq Bəyannaməsinin (DoC) dəyərli tərəfdaşıdır. Ölkə təkcə neft bazarının sabitliyinin təşviqində və enerji təhlükəsizliyinin təmin edilməsində deyil, həm də tullantıların azaldılması kimi mühüm məqsədə nail olmaqda əsas oyunçudur.

İlkin enerjiyə qlobal tələbatın 2045-ci ilə qədər 23 faiz artacağı və dünya əhalisinin 1,5 milyard nəfər artacağı proqnozlaşdırıldığı üçün bir-biri ilə əlaqəli problemlərin kompleks həlli getdikcə daha vacib məsələyə çevrilir. Bundan əlavə, 2030-cu ilə qədər dünya üzrə təxminən 500 milyon insanın şəhərlərə köçəcəyi gözlənilir ki, bu da Bakı ölçüsündə 225-dən çox yeni şəhər təşkil edəcək", - deyə o bildirib.

Heysəm əl-Qays vurğulayıb ki, Azərbaycanın COP29-a praqmatik və inklüziv yanaşması tullantıların azaldılması və sərfəli enerji məhsulları və xidmətlərinin təmin edilməsi arasında balansın əldə edilməsinin vacibliyinin göstəricisidir:

"Unutmamalıyıq ki, milyardlarla insan hələ də müasir enerji xidmətlərindən məhrumdur. Bu insanlar üçün onların enerji gələcəyi tullantılar azaltmaq, elektrikli avtomobil almaq qərarına gəlmək və ya enerji mənbələrinin xərcləri və faydaları haqqında düşünməkdən ibarət deyil (onlar heç bir töhfə vermirlər). Burada söhbət işıqları yandırmaq, təmiz sobada yemək bişirmək və ya işə və ya məktəbə gedib-gəlmək üçün motorlu nəqliyyat vasitəsinə sahib olmaq kimi başqalarının təbii qəbul etdiyi enerji əsaslarına nail olmaqdan gedir.

OPEC Azərbaycanın COP29-da əməkdaşlıq ruhunu və həm enerji təhlükəsizliyinə, həm də tullantiların azaldılmasına diqqət yetirən ədalətli, nizamlı və sabit enerji yollarını tam dəstəkləyir. İnkişaf etməkdə olan ölkələrə gecikmədən adekvat iqlim maliyyəsinin təmin edilməsi kimi milli şərait və ümumi, lakin fərqli məsuliyyətlər həmişə nəzərdə saxlanılmalıdır".

O qeyd edib ki, OPEC-Azərbaycan münasibətləri son dərəcə müsbətdir.

“Trend”

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?