8 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

13 mindən çox ipoteka kağızının tərtibi və qeydiyyatı elektron şəkildə aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti göstərdiyi xidmətlərin elektron müstəviyə keçidinin təmin edilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahənin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiq edən ipoteka kağızının elektron qaydada tərtib olunması və qeydiyyata alınmasını təmin edən elektron sisteminin fəaliyyəti isə bu işlərin davamıdır.

Hazırda İpoteka Kağızının Elektron Sistemi vasitəsilə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiq edən ipoteka kağızının tərtibi və qeydiyyata alınması elektron şəkildə həyata keçirilir. İstifadəyə verildiyi dövrdən (16 iyun 2022-ci il) bu ilin avqustun 30-dək 13.482 ipoteka kağızının tərtibi və qeydiyyata alınması elektron şəkildə aparılıb.

Qeyd edək ki, əvvəllər bu sənədlər yalnız kağız daşıyıcıda tərtib edilirdi və Mərkəzi Bank tərəfindən kağız daşıyıcıda qeydiyyata alınırdı. Bu sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ipoteka qoyanlar tərəfindən tərtib edilməsi, həmin kağızın ipoteka saxlayanların adına qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.

Yuxarıda adıçəkilən əməliyyatların tam elektronlaşdırılması ölkəmizdə kredit, ipoteka və daşınmaz əmlak bazarının inkişafına, bu sahələrdə şəffaflığın və etibarlılığın artmasına töhfə verir.

İstifadəçilər e-emlak.gov.az saytına daxil olaraq İpoteka Kağızının Elektron Sisteminə keçid edə bilərlər (https://ikes.emlak.gov.az/).

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?