16 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şamaxı, Yardımlı və Qazaxda sahibkarlarla görüşlər keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, müvafiq dövlət qurumlarının iştirakı ilə regionlarda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla görüşlər davam edir. Şamaxı, Yardımlı və Qazax rayonlarında 80-ə yaxın sahibkarın iştirakı ilə görüşlər keçirilib.

Qazax və Yardımlı rayonlarında kartofçuluqla məşğul olan sahibkarlarla keçirilmiş görüşlərdə fermerlərin çətinlikləri dinlənilib, suvarma, sahənin sığortalanması, eləcə də dövlət dəstəyi mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Tədbirlərdə iştirak etmiş aidiyyəti qurumların nümayəndələri fermerlərin suallarını cavablandırıb, təşəbbüslərinə dair müzakirələr aparıblar.

Şamaxı rayonunun Meysəri kəndində fəaliyyət göstərən sahibkarın təsərrüfatında keçirilmiş görüşdə isə sahibkarlarla maliyyə resurslarına çıxışla bağlı fikir mübadiləsi aparılıb. Sahibkarlara Sahibkarlığın İnkişafı Fondu və digər dövlət qurumlarının xətti ilə verilən güzəştli kreditlər, eləcə də biznesin maliyyələşdirilmsinə dair digər dəstək alətləri barədə məlumat verilib. Görüşdə sahibkarların çətinlikləri və təşəbbüsləri dinlənilib, sualları cavablandırılıb. Həmçinin, sahibkarlar təsərrüfatla tanış olub, təcrübə mübadiləsi aparıblar.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?