26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda növbəti bal yarmarkası keçiriləcək

9-29 sentyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il təşkil olunan bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçən 250 arıçı iştirak edəcək. Yarmarkaya 2024-cü il iyulun 26-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Yarmarkada iştirak etmək istəyən arıçılar onlayn qaydada bal.kendden.az saytından qeydiyyatdan keçməlidirlər. İştirakı təsdiqlənən arıçılara SMS-bildirişlər göndəriləcək. Bal nümunələrinin qəbulu 19-27 avqust tarixləri arasında baş tutacaq. Bal məhsullarının qəbulu zamanı arıçı fermer məhsula müvafiq baytarlıq şəhadətnaməsi təqdim etməlidir. Yarmarkada iştirak haqqı ödənişsizdir. Arıçılar ödənişsiz satış üçün yer, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar. Yarmarkada satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsullar anbara daxil olduqdan sonra AQTA-nın əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə baldan nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri mütəmadi olaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?