17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Made in Azerbaijan” brendi altında ixrac coğrafiyası genişlənir

Azərbaycanın boya, dolğu və dekorativ tavan künclüklərinin istehsalı ilə məşğul olan “Muradlı” MMC şirkəti Özbəkistana məhsul ixracına başlayıb. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Muradlı MMC-nin icraçı direktoru Tural Mirzəyev deyib.

Onun sözlərinə görə, 1991-ci ildən fəaliyyət göstərən şirkət 2 ilə yaxındır ki, “Made in Azerbaijan” brendi altında istehsal etdiyi məhsulları xaricə satır. İlk ixrac ölkəsi Gürcüstan olsa da, təxminən iki ay əvvəl Qazaxıstana, bu yaxınlarda isə Özbəkistana ixrac başlayıb. Hazırda istehsalının 10 faizini ixraca yönəldən MMC bu göstəricini 50 faizə çatdırmağı hədəfləyir. Bunun üçün şirkət Rusiya və Türkiyə bazarlarına daxil olmağı planlaşdırır. Artıq Türkiyə bazarına daxil olmaq üçün aparılan danışıqlar son mərhələdədir. Şirkət bu ilin sentyabr ayından Türkiyəyə dekorativ tavan künclükləri ixrac etmək niyyətindədir.

Qeyd edək ki, “Muradlı” MMC 2006-cı ildən müxtəlif cür boya, dolğu və dekorativ tavan künclüklərinin istehsalı ilə məşğuldur. Gündəlik 45 tona qədər boya istehsal etmək gücü olan şirkət fəaliyyətini sifarişin həcminə uyğun olaraq təşkil edir.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?