26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Kartaş Kimya” MMC-nin yeni müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Kartaş Kimya” MMC-nin yeni tikinti kimyəvilərinin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir. Bunu MMC-nin direktoru Necmeddin Taşbağ zavodun tikintisi ilə əlaqədar keçirilən media tur zamanı deyib.

Onun sözlərinə görə, yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Layihə üzrə indiyədək görülən işlərə 15 milyon manatdan çox sərmayə qoyulub.

Zavodda tikinti kimyəvilərinin istehsalı ilə yanaşı, ölkədə ilk dəfə olaraq müxtəlif təyinatlı su izolyasiya materialları və zəmin döşəmə məhsullarının istehsalı nəzərdə tutulur.

“Kartaş Kimya” MMC-yə 2022-ci ildə SKSP-nin rezidenti statusunun verildiyini xatırladan N.Taşbağ qeyd edib ki, müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır. Sənaye müəssisəsi idxalın əvəzlənməsi və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?