10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eyyub Kərimli: “Azərbaycanın enerji ixracatçısı kimi rolu daha da artacaq”

“Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji potensialı və aparılan quruculuq işləri xarici investorların ölkəmizə olan marağını daha da artırır”. Bunu “vergiler.az”a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib. Onun sözlərinə görə, regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsinin və bu çərçivədə Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” 29-cu Enerji Forumunun keçirilməsi iqtisadiyyatımıza əhəmiyyətli töhfə verəcək.

Bu tədbirlərin Bakıda keçirilməsini həm siyasi, həm də iqtisadi baxımdan əlamətdar hadisə kimi qiymətləndirən iqtisadçı hesab edir ki, forumda enerji təhlükəsizliyi, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının artırılması, davamlı enerji, neft axınları, qaz dialoqu və s. kimi mövzuların müzakirə edilməsi qarşıdan gələn COB29-a geniş hazırlıq, ölkəmizin artan alternativ və yaşıl enerji imkanlarının digər iştirakçılara, ölkələrə və investorlara təqdimatıdır.

“Bu tədbirlərdən sonra xarici şirkətlərin ölkəmizə marağı daha da artacaq”, - deyən E.Kərimli əlavə edib ki, Azərbaycan 10-a yaxın Avropa İttifaqı ölkəsi ilə iqtisadi əməkdaşlıq edərək enerji təchizatında önəmli, sabit bir tərəfdaş olduğunu sübuta yetirib. Avropa İttifaqının bu tədbirlərə olan marağı bir daha göstərir ki, Azərbaycan enerji ixracatçısı kimi əhəmiyyətli rolunu getdikcə artırır və bundan sonra daha da artıracaq: “Sözsüz ki, bütün bunların hamısı ölkə iqtisadiyyatının inkişafının sürətlənməsinə, ÜDM-də alternativ enerjinin faizinin yüksəlməsinə, qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu isə ümumilikdə ölkə vətəndaşının rifahının yüksəlməsinə, bu sahənin inkişafı üçün yeni texnologiyaların tətbiqinə, ixtisaslı kadr potensialının artırılmasına imkan yaradacaq”.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?