26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Bu il ərzində Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması gözlənilir.

Bunu jurnalistlərə açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

Onun sözlərinə görə, Sənaye Parkının 190 hektar ərazisinin 60 faizdən çox hissəsi dolub, həmin ərazilər uzun müddətə sahibkarların istifadəsinə verilib.

“Digər sənaye zonaları kimi, Ağdam Sənaye Parkına da sahibkarlar tərəfindən böyük maraq göstərilir. Belə ki, Agentliyin idarəçiliyindəki sənaye parklarından Sumqayıt Kimya Sənaye Parkından sonra ən çox rezident sayı Ağdam Sənaye Parkındadır”, - S.Adıgözəlov qeyd edib.

Agentliyin İdarə Heyətinin sədri bildirib ki, hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 200,6 milyon manatdan çox olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. “Bu 29 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 1900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb”, - S.Adıgözəlov əlavə edib.

Onun sözlərinə görə, hazırda Sənaye Parkında bir çox rezidentlər tərəfindən tikinti-quraşdırma işləri tam başa çatdırılıb, yaxın vaxtlarda istehsal fəaliyyətinə başlamaq nəzərdə tutulur: “Bəzi rezidentlər tərəfindən isə tikinti-quraşdırma işləri davam etdirilir. Bunların da bəzilərində işlərin bu il ərzində yekunlaşması planlaşdırılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlar, tikinti materialları, dam örtükləri, boru və qutu profillər, elektrik paylayıcı avadanlıqlar və elektrik yuvaları, müxtəlif növ dəmir yolu avadanlıqları, divar kağızları, ayaqqabı istehsalı və s. müəssisələrin bu il fəaliyyətə başlaması nəzərdə tutulur”.

S.Adıgözəlov əlavə edib ki, hazırda Ağdam Sənaye Parkında dövlət vəsaiti hesabına infrastrukturun qurulması, elektrik yarımstansiyası və inzibati binanın tikintisi istiqamətində işlər davam etdirilir.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?