15 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Adnan Karadaş: “Beynəlxalq standartın tətbiqi xarici sərmayələrə yol açır”

“ISO 37001” “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının tətbiq edilməsi məqsədilə “Denetik Certification” şirkətinə Azərbaycanda fəaliyyət göstərən 10-a yaxın qurumdan müraciət daxil oub”.

Bu barədə “vergiler.az”a “Denetik Certification” şirkətinin rəhbəri Adnan Karadaş məlumat verib. Onun sözlərinə görə, sertifikatın alınması üçün müraciət edənlər sırasında dövlət qurumları ilə yanaşı, özəl şirkətlər də yer alıb: “Azərbaycanda korrupsiya ilə kompleks mübarizə, məlumatların təhlükəsizliyi, korporativ idarəetmənin qurulması sahələrində fəaliyyət göstəririk. Biz burada “ISO 37001” “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının əldə edilməsinə marağın artmasını müşahidə edirik. Xüsusilə dövlət başçısı cənab İlham Əliyev tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsindən sonra qurumlar bu standartı əldə edərək şəffaf çalışmağa üstünlük verirlər”.

Qeyd edək ki, Tədbirlər Planında “ISO 37001” “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinin nəzərdən keçirilməsi və bununla bağlı təkliflər verilməsi nəzərdə tutulub. Aidiyyəti dövlət qurumlarına qabaqcıl beynəlxalq təcrübənin, müvafiq standartın tətbiqi imkanlarının öyrənilməsi, bu sahədə təkliflərin toplanılması və qiymətləndirilməsi tapşırılıb. A.Karadaş xüsusilə dövlət qurumlarında qeyd olunan standartın tətbiqinin xarici investorların ölkəmizdəki sərmayələrinin artmasına, bununla da məşğulluğun təmin olunmasına önəmli təsir edəcəyini bildirib.

Fərqanə ALLAHVERDİQIZI

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?