7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Müharibə iştirakçılarının, qazilərin və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə dəstək məqsədilə həyata keçirilən “Qarabağ KOB-ları” proqramı çərçivəsində indiyədək 50-ə yaxın KOB subyekti zəruri avadanlıqlarla təmin edilib.

Qeyd edək ki, proqram 2023-cü ilin aprel ayından etibarən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi, “Paşa Holding”in maliyyə vəsaiti hesabına reallaşdırılıb.

Proqram Bakı şəhəri, Şamaxı, İsmayıllı, Şəki və Zaqatala rayonlarını əhatə edib. Proqrama qoşulmaq üçün müraciət etmiş iştirakçılar üçün maliyyənin idarə olunması, biznes planın hazırlanması, marketinq, insan resurslarının idarə edilməsi, satış və digər zəruri mövzularda təlimlər keçirilib. Biznes təlimlərini uğurla başa vurmuş iştirakçılar seçdikləri fəaliyyət istiqamətləri üzrə plastik qapı-pəncərə, qənnadı məmulatlarının istehsalı, dərzi, gözəllik salonu, dülgər sənəti üzrə peşə təlimlərinə cəlb olunublar. Proqramın yekun mərhələsində isə iştirakçılar özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlarla təmin edilib. Beləliklə də 50-yə yaxın yeni KOB subyekti yaranıb.

“Qarabağ KOB-ları” proqramının “Paşa Holding”in maliyyə dəstəyi ilə 2024-cü ildə də davam etdirilməsi nəzərdə tutulur. Proqrama müraciətlərin qəbulu və mərhələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?