27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan iqtisadiyyatı 2,4 faiz artıb

Bu ilin birinci yarısında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37 825,2 mln. manata çatıb, əhalinin hər nəfərinə düşən ÜDM isə 3.828,1 manata bərabər olub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ÜDM istehsalının 44,6 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3 faiz, sənayedə 2,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,5 faiz, digər xidmət sahələrində 1,8 faiz artıb, tikintidə isə 11,2 faiz azalıb.

İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3 faiz, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?