15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold”un hasilat həcmlərində artım qeydə alınıb

2024-cü ilin yanvar-mart aylarında “AzerGold” QSC tərəfindən 11,5 min unsiya qızıl, 25,5 min unsiya gümüş hasilatı həyata keçirilib.

QSC-dən verilən məlumata görə, bununla cari ilin ilk 3 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 2 faiz, gümüş hasilatı planı isə 1 faiz artıq icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qızıl hasilatında 58 faiz, gümüş hasilatında 25 faiz artıma nail olunub.

Həmçinin QSC tərəfindən cari ilin 1-ci rübü ərzində 6,6 min unsiya qızıl, 23,7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib və nəticədə ölkə iqtisadiyyatına 25,2 milyon manat vəsait cəlb edilib.

1 aprel 2024-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir isə 1 milyard 213 milyon 911 min manata çatıb. Vəsaitin 1 milyard 158 milyon 829 min manatını ixrac gəlirləri, 55 milyon 82 min manatını isə daxili bazar satışlarından əldə edilmiş gəlirlər formalaşdırır.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən cari il üzrə 70 min unsiya qızıl hasilatı və satışı planlaşdırılıb. Bu, ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 10 faiz, satışda isə 3 faiz daha artıq hədəfdir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?