16 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş ərazilərdə elektromobillər üçün infrastrukturun yaradılması müzakirə edilib

Energetika Nazirliyində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun 6-cı iclası keçirilib.

Energetika Nazirliyindən bildirilib ki, İşçi Qrupun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji həllərinin tətbiqi istiqamətində görülən işlər, digər qabaqcıl texnologiyalarla yanaşı, bu ərazilərdə elektromobillər üçün əlverişli infrastrukturun yaradılması zərurətinə diqqət çəkib. Ölkəmizdə yaşıl enerji zonalarının yaradılması istiqamətində həyata keçirilən tədbirlərin cari ildə COP29 beynəlxalq konfransının Azərbaycanda təşkili kontekstində qlobal əhəmiyyəti bir daha vurğulanıb.

Sonra işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlərlə bağlı müzakirələr aparılıb. İşçi Qrupun 5-ci iclasında qəbul edilmiş qərarların icrasına dair İşçi Qrupun Katibliyinin hesabatı dinlənilib. İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə aparılmış monitorinqlərin nəticəsinə dair hesabat təqdim edilib.

Həmçinin yaşıl enerji zonasında tətbiq edilən müvafiq komponentlərin resurs bazasında əks etdirilməsi ilə bağlı görülmüş işlər, işğaldan azad edilmiş ərazilərdə mənzil inşaatı, yaşayış binalarının tikintisi sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, gündəlikdən irəli gələn digər cari məsələlərlə bağlı yerinə yetirilmiş və icrası nəzərdə tutulan işlər müzakirə olunub.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?