11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"AIM Congress" çərçivəsində baş tutan milli tura qeydiyyat başladı

7-9 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısı (AIM Congress) startaplar üçün bir sıra imkanlar yaradacaq. Tədbir çərçivəsində startaplar üçün xüsusi proqram (AIM Startup) nəzərdə tutulur. "AIM Startup" tədbiri startaplara layihəsini xarici investorlara təqdim etmək, təcrübə mübadiləsi, əlaqələrini genişləndirmək imkanı yaradacaq.

Kiçik və Orta Biznes İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, “AIM Congress”ə qatılmaq üçün dünyanın 100-dən çox ölkəsində baş tutacaq milli turda (The National Pitch Competition) hər ölkədən bir startap seçiləcək. Əbu-Dabidə ölkəmizi təmsil edəcək startap KOBİA və ABB İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə peşəkar münsiflər heyəti tərəfindən seçiləcək.

Milli tura "Pre-seed" və ya "Seed" mərhələsində olan startaplar müraciət edə bilər. Tədbir zamanı startaplar beynəlxalq investorlardan 60 min dollara qədər investisiya qazanmaq şansı əldə edəcəklər. Həmçinin ölkə üzrə milli turun qalibinin "AIM Congress"də iştirak üçün aviabilet (gediş-dönüş), qonaqlama xərcləri qarşılanacaq və startapını təqdim etmək üçün tədbir müddətində stend ayrılacaqdır.

Son müraciət tarixi 30 mart 2024-cü il, saat 23:59-dur.

Müraciət üçün link: https://bit.ly/startupcompetition_aimcongress

Əlavə məlumat üçün: (+994 51) 206 52 65, [email protected], www.startup.aimcongress.com

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?