13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Moldova ilə potensial əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb. Görüşdə Azərbaycan və Moldova arasında əlaqələrin inkişaf etdiyi, iqtisadi gündəliyin genişləndiyi vurğulanıb.

İki ölkə arasında, iqtisadi sahədə əməkdaşlıq məsələləri, o cümlədən enerji, nəqliyyat-logistika və kənd təsərrüfatı istiqamətlərində mövcud potensial müzakirə olunub. Qeyd olunub ki, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya əməkdaşlığımızın gücləndirilməsində və biznes dairələrinin səylərinin əlaqələndirilməsində səmərəli platformadır.

Bildirilib ki, Azərbaycanda “yaşıl enerji”nin inkişafı əsas prioritetlərdəndir. Ölkəmizdə keçiriləcək COP29 tərəfdaş ölkələrlə iqlim dəyişikliyi gündəliyi, enerji səmərəliliyi istiqamətində müzakirələrin aparılması üçün mühüm imkanlar yaradacaq. Bu baxımdan, Moldova ilə də bərpa olunan enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər var.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir?