14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl Kart Sistemi üzrə sığorta yığımlarında 3 dəfə artım qeydə alınıb

2023-cü ildə Yaşıl Kart Sistemi çərçivəsində bağlanan sığorta müqavilələrinin sayında 2.6 dəfə, sığorta haqlarında isə təqribən 3 dəfə artım müşahidə edilib.

Bu barədə “vergiler.az”a İcbari Sığorta Bürosundan məlumat verilib. Bildirilib ki, ötən il 57 min 347 sığorta müqaviləsi rəsmiləşdirilib. Həmin müqavilələr üzrə 10 milyon 131 min 246 manat sığorta haqqı toplanıb.

2022-ci il ərzində Yaşıl Kart Sistemi çərçivəsində 22 min 186 sığorta müqaviləsi rəsmiləşdirilib və 3 milyon 17 min 926 manat sığorta haqqı yığılıb.

“Artımın ən önəmli səbəbi 1 yanvar 2023-cü il tarixindən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılmasıdır. Belə ki, 2023-cü il ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün 12 min 335 sığorta müqaviləsi rəsmiləşdirilib və 6 milyon 144 min 869 manat sığorta haqqı toplanıb. Həmin sığorta müqavilələrinin 9.075 ədədi Qazaxıstan, 3.260 ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub. Beləliklə, dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 6 milyon manatdan çox sığorta xidmətini ixrac ediblər” – deyə məlumatda qeyd olunub.

2023-cü il ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 179 min 154 manat sığorta ödənişi həyata keçirilib.

Ölkə ərazisində satılan Yaşıl Kart sığorta müqavilələrinin sayında isə 2022-ci illə müqayisədə 103%, sığorta haqlarında isə 32% artım olub. 2023-cü ilin müvafiq dövründə təqribən 45 min 012 sığorta müqaviləsi rəsmiləşdirilib. Həmin müqavilələr üzrə 3 milyon 986 min 377 manat civarında sığorta haqqı yığılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?