25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2024-cü ilin beynəlxalq sərgilər mövsümünə mart ayında start veriləcək

2024-cü ilin beynəlxalq sərgilər mövsümünə mart ayında start veriləcək. Dövlət qurumlarının rəsmi dəstəyi ilə 14 tədbir keçiriləcək.

“Caspian Event Organisers”dən verilən məlumata görə, təqvimdə yer alan ilk tədbir Bakı Su Həftəsi adı altında baş tutacaq Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransıdır. İlk dəfə keçiriləcək bu yeni sərgi 12-14 mart 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək.

Sərgi mövsümü 15-17 may tarixlərində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri ilə davam edəcək.

Yaz mövsümü 4-6 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi ilə davam edəcək. Regionun enerji sahəsində əsas hadisəsi olan Bakı Enerji Həftəsi üç mötəbər tədbiri bir brend altında birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” sərgiləri və 29-cu Bakı Enerji Forumu.

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi ilə eyni tarixlərdə keçiriləcək növbəti tədbir 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi olacaq.

5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgiləri payız sərgi mövsümünə start verəcək. Sərgilər 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Regionun ən böyük tikinti tədbiri - Xəzər İnşaat Həftəsi sərgi təqvimində yer alan növbəti hadisə olacaq. 15-17 oktyabr tarixlərində Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri təşkil ediləcək. Bu tədbirlərlə eyni tarixlərdə 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi keçiriləcək.

Sərgi mövsümü oktyabrın 31-dən noyabrın 2-dək keçiriləcək 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi ilə yekunlaşacaq.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?