27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq”

“Uzun müddətdir müzakirə olunan Rəqabət Məcəlləsinin qəbulu investisiyaların təşviqinə, investisiya mühitinin şəffaflaşdırılması və genişlənməsinə müsbət təsir göstərəcək”.

Bunu “vergiler.az”a açıqlamasında  İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli  deyib.

Onun sözlərinə görə, investisiya mühitinin şəffaflaşdırılması yerli sahibkarların fəaliyyətini stimullaşdıracaq. Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi əlavə iş yerlərinin açılmasına səbəb olacaq, məşğulluq imkanlarının artmasına öz təsirini göstərəcək.

Birlik sədri əlavə edib ki, Rəqabət Məcəlləsinin qəbulu ölkə iqtisadiyyatı üçün xeyli yeni imkan və fürsətlər yaradacaq, çox əhəmiyyətli iqtisadi proseslərə səbəb olacaq, ölkədə rəqabət mühitinin daha da şəffaflaşdırılmasına əhəmiyyətli təsir göstərəcək: “Sözsüz ki, bu sənəd bazarda inhisarçı mövqedə olan şirkətlərin bazar payının tənzimlənməsinə imkan yaradacaq. Rəqabət Məcəlləsi həm də süni qiymət artımının qarşısını alacaq”.

İqtisadçının fikrincə, ölkənin idxal imkanları, eləcə də kiçik və orta sahibkarların idxalla məşğul olma imkanları genişlənəcək: “Sözsüz ki, bu cür vəziyyətdə şəffaf rəqabət mühiti formalaşır. Bu da qiymətlərin tələb və təklif əsasında formalaşmasına imkan yaradır. Bu baxımdan Rəqabət Məcəlləsinin qəbul olunması qiymətlərin tənzimlənməsinə və liberallaşmasına, tələb-təklif əsasında formalaşmasına töhfə verəcək. Digər tərəfdən, kəskin mübarizə aləti kimi inflyasiyanın templərinə öz əhəmiyyətli təsirini göstərəcək”.

E.Kərimli qeyd edib ki, Rəqabət Məcəlləsi təkcə sahibkarlığın inkişafına deyil, ümumi iqtisadiyyatın inkişafı və büdcə gəlirlərinin artmasına, xarici ticarət dövriyyəsinin artmasına və sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsir göstərəcək. Məcəllənin qəbulu, əsasən, kiçik və orta sahibkarlıqla məşğul olan subyektlərin fəaliyyətinin inkişafına gətirib çıxaracaq.

İqtisadçı hesab edir ki, Məcəllənin qəbul edilməsi təqdirəlayiq hal olsa da, onun tətbiqindən irəli gələn nəzarət tədbirlərinin də həyata keçirilməsinə ciddi ehtiyac var. Müvafiq icra orqanları bu Məcəllədən irəli gələn məsələlərin icrasına nəzarət etməli və diqqətdə saxlamalıdır: “Çünki biz rastlaşmışıq ki, bəzən mütərəqqi qanunların icrasında müəyyən problemlər yaranır və ya yetərincə icra edilmir. Fikrimcə, bu sahədə elektronlaşdırmanın tətbiqi insan amilinin aradan qaldırılmasına xidmət edəcək”.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?