15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eyyub Kərimli: “Daxildə emal proseduru emal sənayesinin inkişafına müsbət təsir göstərir”

Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli Qərarı ilə daxildə emal xüsusi gömrük prosedurundan istifadənin sadələşdirilməsi ölkənin ixrac imkanlarına müsbət təsir göstərib. Bunu “vergiler.az”a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli söyləyib.

Onun sözlərinə görə, bu gömrük prosedurunun ölkədə emal sənayesinin inkişafına müsbət təsirləri var: “Rəqəmlər də bunu deməyə əsas verir. Belə ki, ötən il 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib. Bu da onu deməyə əsas verir ki, ölkədə artıq ixrac məqsədilə emal olunan məhsulların, əmtəələrin çeşidi genişlənib, keyfiyyəti artırılıb. Bu qərar həm də ölkədə emal sənayesinin inkişafına müəyyən təsirlər göstərib. Belə ki, daxildə emal xüsusi gömrük proseduru əsasında yeni mal və məhsulların ixracı genişlənib, emal sahəsi şaxələndirilib”.

E.Kərimlinin fikrincə, sözügedən qərar istehsal olunan məhsulların ixrac bazarında rəqabətliliyini artırıb, həmçinin, məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olub: “Digər tərəfdən, bu, inzibatçılığın azalmasına və sahibkarların vaxta qənaət etməsinə təsir göstərib. Hesab edirəm ki, burada investisiya imkanları artıb. İstehsal olunan məhsulların rəqabət qabiliyyəti yüksəlib, ixrac bazarlarına yönəlmiş istehsalın artmasına şərait yaranıb”.

Daxildə emal xüsusi gömrük prosedurunun tətbiqinin qeyri-neft sektorunun inkişafına təsir etdiyini deyən E.Kərimli nəticədə ötən ilin iqtisadi göstəricilərində ixrac həcmlərində artımın müşahidə olunduğunu, qərarın idxal-ixrac əməliyyatlarının genişlənməsinə təsir göstərdiyini bildirib: “Sözsüz ki, həyata keçirilən tədbirlər gələcəkdə də öz bəhrəsini verəcək”.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?