13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eyyub Kərimli: “COP29 ölkəmizə yatırılan investisiyaların həcminə əhəmiyyətli təsir edəcək”

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un Azərbaycanda keçirilməsi ölkənin həm siyasi, həm də iqtisadi həyatında önəmli bir hadisə olacaq. Çünki ölkəmizdə təmiz ətraf mühitin formalaşması istiqamətində mühüm işlər görülür”.

Bu fikri “vergiler.az”a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli səsləndirib. Onun sözlərinə görə, COP29 Azərbaycanda yeni irimiqyaslı layihələrin gerçəkləşməsinə töhfə verəcək: “Bildiyimiz kimi, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə tutan prioritetlərdə təmiz ətraf mühit və yaşıl artım ayrıca yer alıb. Ölkədə alternativ və bərpa olunan enerjinin istehsal edilən ümumi enerjidə payının 40 faizə qədər artırılması nəzərdə tutulub. Hazırda bizim həm işğaldan azad olunmuş bölgələrimizdə, həm də Naxçıvanda böyük yaşıl enerji zonalarının salınması planlaşdırılır. Bu baxımdan, əlbəttə ki, COP29-un ölkəmizin yaşıl enerji siyasətinə verdiyi töhfələr çox önəmli olacaq”.

E.Kərimli hesab edir ki, sadalanan layihələrin icrasına həm xarici investisiyaların, həm də yeni texnologiyaların cəlb edilməsi baxımından COP29 çox əhəmiyyətlidir: “Bu hadisənin yeni iş yerlərinin açılmasına, işğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər”lərin qurulmasına mühüm təsirləri olacaq. Bu baxımdan, düşünürəm ki, COP29 həm də ölkəmizin investisiya mühitinin daha yaxşı təqdim edilməsi, xarici isvestorlar üçün cəbedici və açıq olması ilə tanışlıq imkanları yaradacaq. Sözsüz ki, bu da ölkəmizə yatırılan investisiyaların həcminə əhəmiyyətli təsir edəcək”.

Birlik sədri qeyd edib ki, Azərbaycan 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyasının 40 faizə qədər azaldılmasını hədəfləyib. Bu məqsədə nail olmaq baxımından COP29-un təsirləri daha böyük olacaq. Bütün bunlar isə ölkə iqtisadiyyatının daha səmərəli inkişaf etməsi ilə nəticələnəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq: “Proseslərin gedişatı böyük dərəcədə bizim mövqeyimizdən asılı olacaq. Biz bütün ölkələrlə əməkdaşlığa hazırıq və bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki yenə də hesab edirəm ki, bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həmçinin dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından daha mötəbərdir”.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?