26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan məhsulları "Prodexpo 2024" sərgisində nümayiş olunur

Moskva şəhərində “Prodexpo 2024” – 31-ci Beynəlxalq Ərzaq, İçkilər və Xammal Sərgisi keçirilir. Sərgidə 40 ölkədən 2 mindən artıq şirkət iştirak edir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, Azərbaycan sözügedən sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunur. Stenddə Azərbaycan şirkətlərinin istehsal etdikləri meyvə şirələri, müxtəlif növ şərablar və digər alkoqol içkiləri, təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, meyvələr, bitki yağları və s. məhsullar nümayiş olunur. Azərbaycan məhsulları sərgi ziyarətçiləri və iştirakçı xarici şirkətlər tərəfindən maraqla qarşılanır. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar.

Qeyd edək ki, builki sərgidə 28 tematik salon açılıb, "Uşaq qidası", "Bal və arı məhsulları", "Heyvan yemi", "Orqanik məhsullar" kimi yeni bölmələr yaranıb. Sərgi fevralın 9-dək davam edəcək.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?