16 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"İqtisadiyyat" ixtisası üzrə tələbələrin yekun dövlət attestasiyası keçirilir

Dövlət Gömrük Komitəsinin Akademiyasının "İqtisadiyyat" ixtisası üzrə tələbələrinin yekun dövlət attestasiyası (buraxılış işinin müdafiəsi) aparılır.

İyulun 3-də Dövlət Gömrük Komitəsinin inzibati binasında keçirilən imtahan prosesində Komitənin sədri Səfər Mehdiyev, "İqtisadiyyat" ixtisası üzrə komissiyanın sədri - Vergilər naziri Mikayıl Cabbarov, eyni zamanda DGK-nın müvafiq strukturlarının rəhbərləri, Gömrük Akademiyasının, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad məktəbinin, Milli Aviasiya Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.

İmtahandan əvvəl çıxış edən Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov Akademiyanın "İqtisadiyyat" ixtisası üzrə bitirən tələbələr barədə məlumat verib, onların bir sıra dövlət qurumlarında - İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatasında təcrübə keçdiklərini bildirib və gənclərə yekun dövlət attestasiyasında müvəffəqiyyətlər arzulayıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Vergilər naziri Mikayıl Cabbarov tələbələrə uğurlar arzulayaraq ali təhsilin ilk pilləsində qazandıqları biliklərin şəxsiyyətlərinin formalaşmasında və gələcək fəaliyyətlərinin qurulmasında mühüm rol oynayacağını qeyd edib, mövcud potensiallarından səmərəli şəkildə istifadə edərək daim dövlətə, xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.

Sonra tələbələr seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası üzvlərinin suallarını cavablandırıblar. Xatırladaq ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasında "İqtisadiyyat" ixtisası üzrə 22 tələbənin təhsili başa vurması gözlənilir.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?