25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi Şuranın cari ildə ilk iclası keçirilib

Yanvarın 26-da Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Şuranın cari ildə ilk iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasda 2023-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2024-cü il üzrə Fəaliyyət Planı, vergi və gömrük sahələrində verilmiş güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsinin nəticələri və qiymətləndirilmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının suveren kredit reytinqinin artırılması perspektivləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2023-cü il üzrə fəaliyyət hesabatı və onun 2024-cü il üçün Fəaliyyət Planı və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda maliyyə naziri Samir Şərifovun, maliyyə nazirinin müavini Azər Bayramovun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib.

Sonda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul edilib və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

AZƏRTAC

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?