23 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası təsdiqlənib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" fərmanda "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası" təsdiq edilib. Bu qaydaya əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilib.

Kənd Təsərrüfatı Nazirliyi "Subsidiya" informasiya sisteminin yaradılmasını və yeni qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən verilməsini təmin etməlidir. "Subsidiya" informasiya sistemi haqqında əsasnamənin layihəsi isə "ASAN xidmət" ilə razılaşdırılmaqla 3 ay müddətində hazırlanıb Prezidentə təqdim edilməlidir.

Fərmanda qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri 5 ay müddətində təsdiq edilməlidir. Həmin sektorun subsidiyalaşdırılmasının nəticələri ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ildə bir dəfə Prezidentə hesabat verməlidir.

"ASAN xidmət" aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq informasiya sistemlərinin "Elektron Hökumət" informasiya portalı vasitəsilə "Elektron kənd təsərrüfatı" informasiya sisteminə inteqrasiyasını təmin etməlidir. Burada məqsəd "Subsidiya" informasiya sisteminin aşağıdakı məlumatlarla təmin olunmasıdır:

  1. İstehsalı, idxalı və satışı həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələri və məhsulları barədə məlumatlar, ixtisaslaşmanın aparılması üçün tələb olunan aqroiqlim və hidrometeoroloji məlumatlar;
  2. Kənd təsərrüfatı təyinatlı torpaqlar, onların mülkiyyətçisi, istifadəçisi və icarəçisi barədə aktual məlumatlar.

Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar üzrə 2019-cu ildə yaranmış öhdəliklərin cari ildə ayrılmış büdcə vəsaiti hesabına ödənilməsi mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etməlidir. Fərmanla yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə həmin ərazidə fəaliyyət göstərən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin "Subsidiya" informasiya sisteminə daxil edilməsində və maarifləndirmənin həyata keçirilməsində iştirak etmək tapşırılıb.

Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur? VergiTibbi xidmətlərə görə nağd ödənişlərin qəbul edilməsi hansı maliyyə sanksiyasına səbəb olur? Ekspert RəyiVergi ödəyicisinə arayışın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi