Kənd Təsərrüfatı Nazirliyi "Subsidiya" informasiya sisteminin yaradılmasını və yeni qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən verilməsini təmin etməlidir. "Subsidiya" informasiya sistemi haqqında əsasnamənin layihəsi isə "ASAN xidmət" ilə razılaşdırılmaqla 3 ay müddətində hazırlanıb Prezidentə təqdim edilməlidir.
Fərmanda qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri 5 ay müddətində təsdiq edilməlidir. Həmin sektorun subsidiyalaşdırılmasının nəticələri ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ildə bir dəfə Prezidentə hesabat verməlidir.
"ASAN xidmət" aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq informasiya sistemlərinin "Elektron Hökumət" informasiya portalı vasitəsilə "Elektron kənd təsərrüfatı" informasiya sisteminə inteqrasiyasını təmin etməlidir. Burada məqsəd "Subsidiya" informasiya sisteminin aşağıdakı məlumatlarla təmin olunmasıdır:
Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar üzrə 2019-cu ildə yaranmış öhdəliklərin cari ildə ayrılmış büdcə vəsaiti hesabına ödənilməsi mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etməlidir. Fərmanla yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə həmin ərazidə fəaliyyət göstərən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin "Subsidiya" informasiya sisteminə daxil edilməsində və maarifləndirmənin həyata keçirilməsində iştirak etmək tapşırılıb.