25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Maaşların artımı sosial yığımlara müsbət təsir göstərəcək

Maaşların artımı sosial yığımlara müsbət təsir göstərəcək

Minimum aylıq əməkhaqqının 180 manatdan 250 manatadək qaldırılması sosial sığorta xərclərinin artımına da təsir edəcək. Artımın məbləği sentyabrın 1-dən həzərdə tutulan əməkhaqqı ödənişlərinin hesablanması zamanı konkret rəqəmlərlə ifadə olunacaq.

Sığorta məsələləri üzrə eskpert Xəyal Məmmədxanlı mövzunu şərh edərkən deyib ki, sosial sığorta məbləğində artımın olması normaldır: "Əhalinin gəlirlərinin artmasına paralel olaraq, sosial sığorta ödəmələrinin artması qaçılmazdır. Bu artım bütün kateqoriyalara mənsub insanlara şamil olunacaq. Sosial sığorta məbləği vətəndaşın əməkhaqqına artımın neçə faiz təsir etməsinə əsasən hesablanacaq. Artım yalnız sosial sığorta haqqından azad olunan şəxslərə şamil edilməyəcək".

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabr 2019-cu il tarixdən etibarən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib. Dövlət başçısı tərəfindən əmək haqlarının ayrı-ayrı sahələr üzrə 20-40 faizlik artımı ümumilikdə 18,7 faizlik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?